Xəbər lenti

SOCAR-ın reklamları erməni televiziyalarından yığışdırılacaq
Ölkə20:00 20.12.2013

SOCAR-ın reklamları erməni televiziyalarından yığışdırılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

SOCAR-ın reklam şirkətləri 2016-cı il Avropa Çempionatının seçim turu mərhələsində Ermənistan stadionlarında yerləşdirilməyəcək.

Qaynar.info
Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan çıxış edib.

Prezident bununla bağlı UEFA ilə danışıqlar aparıldığını və razılıq əldə edildiyini bildirib:

“Bizim apardığımız danışıqlardan sonra UEFA yalnız Ermənistanda keçirilən oyunlar zamanı bu şirkətlərin yerləşdirilməməsinə icazə verdi. Lakin bunun televiziyada yayımlanan reklamlara heç bir aidiyyəti yoxdur”.

Qeyd edək ki, SOCAR “Avro-2016”nın əsas sponsorlarından biridir. UEFA ilə imzalanmış müqaviləyə əsasən şirkətin reklamları stadionlarda və televiziyalarda mütləq şəkildə yayımlanmalıdır.

Qaynar.info