Xəbər lenti

Soçidə Putinlə Sarkisyan arasında görüş keçirilir
Ölkə16:20 23.08.2017

Soçidə Putinlə Sarkisyan arasında görüş keçirilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Soçidə Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş başlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, görüşdə V. Putin iki ölkə arasında intensiv dialoq və qarşılıqlı əməkdaşlığın mövcüd oldugunu bildirib.

Rusiyanın prezidenti qeyd edib ki, danışıqıar zamanı tərəflər bir sıra ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.

Gözlənilir ki, iki ölkə lideri Rusiya-Ermənistan münasibətləri, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində inkişaf perspektivlərini müzakirə edəcək, həmçinin bu ilin martında Ermənistan prezidentinin Rusiyaya rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaların reallaşdırmasının gedişini nəzər salacaqlar. Danışıqlar zamanı ölkə başçıları ən mühüm beynəlxalq və regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, bundan əvvəl Sarkisyan və Putin Moskvada martın ortalarında görüşüblər.

Qaynarinfo.Az