Xəbər lenti

Söhbət təkcə dövlət kanallarından getmir... - Fəlsəfə doktoru
Ölkə 13:51 18.10.2024

Söhbət təkcə dövlət kanallarından getmir... - Fəlsəfə doktoru

(Yazı "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda hazırlanıb)  

Bu gün yeni nəsilin diqqəti gündən-günə inkişaf edən informasiya texnologiyalarına yönəlib. Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması zamanı bunların hər biri nəzərə alınmalıdır. Çünki gələcək nəsilin inkişafı süni intellekt, informasiya kommunikasiya texnologiyaları, yüksək texnologiyalar və s. üzərində qurulacaq. Ona görə bu proqramlar elə istiqamətə fokuslanmalıdır ki, gələcək cəmiyyətlərdə mövcud olacaq dalğalar milli dəyərlərimizi süpürüb aparmasın və yaddan çıxmasına imkan verməsin.

Azərbaycan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri sədri, fəlsəfə doktoru İlqar Orucov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu gün televiziyalar qapımızı döymədən ailələrimizə, evimizə daxil olur:

"Mən niyə televiziya deyirəm? Efirlər bizim evimizdədir. Burada təkcə dövlət kanallarından söhbət getmir, özəl kanallarda da kifayət qədər bayağı, həm milli-mənəvi dəyərlərimizə, milli xüsusiyyətlərimizə aidiyyatı olmayan verilişlərin yerinə düşündürücü, cəmiyyətin inkişafına yönələn verilişlərin, proqramların təşkilini genişləndirmək lazımdır".
 


İlqar Orucov həmçinin bu gün özəl televiziyaların qazanclarının əsasən reklamlardan gəldiyini xatırladıb:

"Özəl televiziyalar reklamlara və onların baxış sayına yönəlirlər. Onların qazancları həm də bu reklamlardan çıxır. Bu istiqamətdə olan verilişlərin, hətta dövlət tərəfindən maliyyələşməsini də təmin etmək olar. Burada qeyd olunan məsələlərdən biri də müasir mətbuatda maarifləndirmə proqramlarının tətbiqinin necə həyata keçirilməsi ilə bağlıdır. Mətbuatda bu istiqamətdə işlər aparılır. Medianın İnkişafı Agentliyi bu istiqamətdə müəyyən işlər görür, müsabiqələr keçirir. Düşünürəm ki, zaman-zaman informasiya vasitələrimizin bu kimi ideyalarının dəstəklənməsi olduqca vacibdir".

Sədr təklif edib ki, iş adamlarının hər biri bu məsələdə mütləq şəkildə mətbuatın yanında olmalı və ona dəstək verməlidirlər:

"Böyük zəfərdən sonra cəmiyyətin qarşısında yeni çağırışlar mövcuddur. Bu çağırışlar ümumilikdə Azərbaycan ordusunun qazandığı böyük zəfərdən sonra cəmiyyətdə qələbə ruhunu yaşatmaq, həmin ərazilərin bərpası, ölkənin inkişafı naminə qələbə ruhunun düzgün idarə olunması çox vacibdir. Bu istiqamətdə dövlətin ali rəhbərliyi sayəsində möhtəşəm işlər görülür. Bu gün işğaldan azad olunan ərazilərdə bir çoxumuz olmuşuq. Bu, 30 il müddətində Azərbaycan xalqının başına gətirilən müsibətlərin göstəricisi, tarixidir. İndi həmin ərazilər bərpa olunur, yeni kəndlər yaradılacaq, ərazilər minalardan təmizlənəcək, ekoloji tarazlıq bərpa olunacaq. Çətin də olsa, bunları edəcəyik. Həmin tarixi yaddaşı saxlamaq üçün düşünürəm ki, bu istiqamətdə işləməliyik. Bunların hər biri böyük vətənpərvərlik nümunəsi ola bilər".

İlqar Orucov əlavə edib ki, 44 günlük Vətən savaşındakı qəhrəmanlıqları məktəblərdə, cəmiyyətdə yaşatmalı və gələcək nəsillərə ötürməliyik:

"Azərbaycan gəncləri savadlı, intellektual və bilikli olmalıdır. Həm də fiziki və mənəvi baxımdan sağlam, öz tarixlərini bilməli, eyni zamanda vətənpərvər olmalıdırlar. Belə olanda gənclər daha bütöv bir şəxsiyyətə çevrilmiş olur. Qələbədən sonra bizim qarşımızda daha böyük vəzifələr durur. Televiziya proqramlarında təkcə tariximizə, incəsənətimizə, mədəniyyətimizə fokuslanmalı deyil, həmçinin gələcəyə həmin verilişlərə baxışı formalaşdırmalıyıq, insanları, öz övladlarımızı fikirləşməliyik. Yaş qruplarına müvafiq olaraq proqramların hazırlanması məsələsi mühümdür".

Sədr təklif edib ki, müvafiq dövlət qurumları, mətbuat, eyni zamanda vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının potensial və bacarıqlarından istifadə etmək lazımdır:

"Bizim vətəndaş cəmiyyətimiz bu istiqamətdə ayrı-ayrı layihələr həyata keçirir. Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin müşahidə şurasının üzvüyəm. Biz bu istiqamətdə olan yüzlərlə layihələri maliyyələşdirib, onlara dəstək veririk. Düşünürəm ki, vətəndaş cəmiyyətinin bu məsələlərdə aktivliyini artırmaq onların gücünün səfərbər olunması, bu layihələrə qoşulması işimizə əlavə təkan verə bilər".

Bahar Rüstəmli

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->