Xəbər lenti

Şok kadrlar: polis qadını yumruqlayıb yıxdı - VİDEO
Ölkə08:19 28.05.2016

Şok kadrlar: polis qadını yumruqlayıb yıxdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransada srağagün baş vermiş olayla bağlı böyük qalmaqal qopub. Hadisə Tuluza şəhərində, kütləvi etiraz aksiyası zamanı yaşanıb.

Əmək qanunvericiliyinə əlavə və dəyişiklikləri nəzərdə tutan qanun layihəsinə ümummilli miqyasda etirazlar səngimir.

Belə aksiyalar Tuluza şəhərində də keçirilir.

Aksiya zamanı küçə ilə yeriyən qadını görən polis ona hücum çəkib, yumruqla vuraraq yerə yıxıb.

Qadını həmin an səkidə yeriyən şəxslərdən biri qaldırıb.

Fransa DİN-i biabırçı olayla bağlı xidməti araşdırmaya başlandığını bildirib.

Fransada əmək islahatları layihəsi narazılıqla qarşılaşıb. Bu layihəyə görə, 35 saatlıq iş həftəsi yerində qalır, amma buna orta hesabla baxılacaq. Şirkətlər yerli həmkarlar ittifaqları ilə hər həftə daha çox və ya daha az iş saatları barədə danışıqlar apara biləcək, amma maksimum iş həftəsi 46 saat olacaq. Şirkətlər daha sərbəst şəkildə maaşları azalda biləcəklər. Adamların işdən çıxarılması barədə qanunvericilik o qədər sərt olmayacaq. Ümid edildiyinə görə, iqtisadi tənəzzül olanda işləri bağlamaqda sərbəst olsalar, şirkətlər işə daha çox adam götürəcəklər. (milli.az)

Qaynarinfo.az