Xəbər lenti

Solovyov Azərbaycanı təhqir etdiyinə görə üzr istədi, iç üzü açıldı - Audio
Ölkə07:25 13.10.2020

Solovyov Azərbaycanı təhqir etdiyinə görə üzr istədi, iç üzü açıldı - Audio

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sosial şəbəkəni rus seqmentində ermənipərəst rusiyalı teleaparıcı Vladimir Solovyovla Azərbaycan əsilli milyarder və iş adamı Qod Nisanov arasında olduğu iddia edilən söhbətin audio yazısı yayılıb.
Qaynarinfo Musavat-a istinadən xəbər verir ki, söhbət zamanı Solovyov Nisanov qarşısında  özünü təmizə çıxarmağa və aparıcı olduğu hansısa verilişi nəzərdə tutaraq, ona hesabat verməyə çalışır: "Hörmətli Qod Semyonoviç, mən hər şeyi başa düşürəm, əndişənizi də bölüşürəm. Amma bu gün baxsınlar. Bu gün Paşinyanı söydülər və Əliyevi əməllicə təriflədilər. Şəxsən mən Əliyevi yaxşıca təriflədim”...
Olduqca geniş  yayılandan sonra, teleaparıcı Vladimir Salavyov səs yazısının məzmunu barədə açıqlama verməkdən yayınıb. Məsələyə ümumi münasibət bildirməklə, manevr edib.   O, "Qovorit Moskva" radiosuna bunları deyib: "Mən müntəzəm olaraq çoxlu adamlarla danışıram. Mən azərbaycanlılarla danışıram, ermənilərlə, yəhudilərlə, başqa hər cür adamlarla danışıram. Nə olsun ki? " 
<iframe width="640" height="360" src="https://bax.tv/embed/113518.html" frameborder="0" webkitallowfullscreen="" mozallowfullscreen="" allowfullscreen="">