Xəbər lenti

Somalidə öldürülən azərbaycanlının cənazəsi Bakıya gətirilir
Ölkə12:33 02.04.2016

Somalidə öldürülən azərbaycanlının cənazəsi Bakıya gətirilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Somalinin paytaxtı Moqadişo yaxınlığında mikroavtobusa hücum nəticəsində dünyasını dəyişmiş azərbaycanlı Kamaliya İsmayılovanın cənazəsi bu gecə Azərbaycana gətiriləcək. Bu barədə Trend-ə mərhumun yaxınları məlumat verib.
Məlumata əsasən, cənazə artıq İstanbuldadır və meyitin Bakıya gətirilməsi üçün hazırlıqlara başlanıb. K.İsmayılovanın cənazəsi aprelin 2-də İstanbul hava limanından J-28080 İstanbul-Bakı aviareysi ilə Bakı vaxtı ilə saat 23:30-da paytaxtımıza yola salınacaq.
Aprelin 3-də Göyçay rayonunun Ləkçıplaq kəndində dəfn mərasimi keçiriləcək. 
Qaynar.info