Xəbər lenti

Somalidə partlayış: -20 ölü
Ölkə16:57 19.11.2013

Somalidə partlayış: -20 ölü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Efiopiya ilə sərhəddə yerləşən Beledveyn şəhərində silahlıların polis məntəqəsinə hücumu zamanı 20 nəfər həyatını itirib

Somalinin Beledveyn şəhərində komikadze polis məntəqəsinin yanında avtomobil partladıb. ANS PRESS-in verdiyi xəbərə görə, bundan sonra silahlı şəxslər insanlara hücum edib. Təxminən 20-ə yaxın insan insident zamanı həyatını itirib.

Hadisə baş verən məntəqə Afrika İttifaqının hərbi bazasının yanında yerləşir. Hadisə ilə bağlı məsuliyyəti “Əş-Şabab” qruplaşması öz üzərinə götürüb.

Xatırladaq ki, ötən ay “Əş-Şabab” kafelərin birində partlayış törədib və hadisə zamanı 16 nəfər ölüb.


Qaynar.info