Xəbər lenti

Son 13 gündə neçə avtomobil postlardan keçmək istədi?
Ölkə06:52 02.04.2020

Son 13 gündə neçə avtomobil postlardan keçmək istədi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son 13 gün ərzində 16 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Qaynarinfo-ya verilən məlumata görə, 19.03.2020-ci il tarixdən 02.04.2020-ci il 08:00-dək 8 685 nəqliyyat vasitəsinin rayon, 24.03.2020-ci il tarixdən 02.04.2020-ci il 08:00-dək isə 6 380 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.
Ümumilikdə bu günədək 16 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.