Xəbər lenti

Son bir həftədə 2 059 nəfər koronavirusa yoluxub
Ölkə15:41 09.06.2020

Son bir həftədə 2 059 nəfər koronavirusa yoluxub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu həftə ərzində koronavirusla əlaqəli xəstə sayında aşkar olunmada artım müşahidə edilib. 1-7 iyunda 2 059 nəfər virusa yoluxub. Yoluxma sürəti ürəkaçan deyil".
Qaynarinfo xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
TƏBİB sədri bildirib ki, əgər ciddi nəzarət olmasa səhiyyənin üzərinə ağır yük düşə bilər: "Sağalanlarla yoluxanların sayı narahatedicidir. Son 10 günün müşahidəsi onu göstərdi ki, aradakı fərq arzuolunan səviyyədə deyil”.