Xəbər lenti

Son hərbi əməliyyatın görüntüsü olduğu iddia edilən kadrlar yalan çıxdı - VİDEO
Ölkə11:58 24.01.2014

Son hərbi əməliyyatın görüntüsü olduğu iddia edilən kadrlar yalan çıxdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sosial şəbəkələrdən biri - Youtube portalında Azərbaycan ordusunun Ermənistanla yaşanan son hərbi gərginlikdə qeydə alındığı iddia edilən həvəskar video paylaşılıb.

Video kadrlar bir çox məqamlarına görə suallar yaradır. Kadrlarda aydın görünən ətrafdakı yaşıllıq onun qış mövsümündə çəkildiyinə şübhələr oyadır. Digər tərəfdən Azərbaycan tərəfininj indiki məqamda ağır artilleriyadan istifadə etməsi də inandırıcı görünmür. 

Sonrakı araşdırmalarımız zamanı isə məlum oldu ki, bu kadrlarümumiyyətlə, Azərbaycanda yox, Gürcüstanda 2008-ci ildə lentə alınıb.Uyğun kadrların tam versiyası elə həmin il Youtub portalınayerləşdirilib (Link: https://www.youtube.com/watch?v=T98Wxklke40 )

Qaynar.info