Xəbər lenti

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Ölkə12:36 28.04.2022

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfər vəfat edib.
Son sutkada koronavirus əleyhinə 4 451 vaksin vurulub.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 431, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 312, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 429, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 279 nəfərdir.