Ölkə 16:49 03.05.2022

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus infeksiyasına 6 yeni yoluxma halı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Qaynarinfo-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

İndiyədək ümumilikdə 792 585 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb. Onlardan 782 804 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər dünyasını dəyişib, hazırda aktiv xəstə sayı 72 nəfərdir.

Son gün ərzində 1 667, hazırkı dövrədək isə 6 820 672 test aparılıb.
 
Son gündə koronavirus əleyhinə 30 vaksin vurulub.

Məlumata görə, son sutkada birinci mərhələ üzrə və pozitiv nəticədən sonra buster doza üzrə peyvənd olunan qeydə alınmayıb.

İkinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 20 nəfər təşkil edib.

Beləliklə, indiyədək vurulan vaksinlərin ümumi sayı 13 653 700, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 340 336, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4 840 610, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 232 372, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 240 382 nəfərdir.