Ölkə 17:40 03.08.2022

Son sutkada neçə nəfər koronavirusa yoluxub?

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 512 yeni yoluxma faktı qeydə alınıb, 399 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 799 983 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 787 479 nəfər müalicə olunaraq sağalıb, 9 752 nəfər vəfat edib, aktiv xəstə sayı 2 752 nəfərdir.

Ölkədə son sutka ərzində 3 760, hazırkı dövrədək isə 7 055 265 test aparılıb.

Ötən sutkada koronavirus əleyhinə 1 873 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 263, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 140, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 233, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 237 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 822 079, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 367 417, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 858 243, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 341 389, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 255 030 nəfər təşkil edir.