Ölkə 16:37 09.09.2022

Son sutkada neçə nəfər koronavirusa yoluxub?

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 337 yeni yoluxma faktı qeydə alınıb, 442 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 817 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 804 557 nəfər müalicə olunaraq sağalıb, hazırda 2 916 aktiv xəstə var. Bu günə qədər 9 849 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 159, bu günə qədər isə ümumilikdə 7 187 798 test icra olunub.

Ötən sutkada koronavirus əleyhinə 1356 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 337, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 173, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 704, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 142 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 870 922, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 376 335, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 864 567, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 369 847, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 260 173 nəfər təşkil edir.