Ölkə 17:45 27.11.2022

Son sutkada neçə nəfər koronavirusa yoluxub?

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 39 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 824 232 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 976 nəfər müalicə olunaraq sağalıb, hazırda 280 aktiv xəstə var. Bu günə qədər 9 976 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 337, bu günə qədər isə ümumilikdə 7 370 771 test icra olunub.

Gün ərzində koronavirus əleyhinə 326 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 72, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 171, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 25 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 921 387, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 392 537, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 873 784, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 391 214, pozitiv nəticədən sonra buster doza olunanların sayı 263 852 təşkil edir.