Xəbər lenti

Son sutkada yoluxanların sayı açıqlandı
Ölkə 16:35 10.02.2023

Son sutkada yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 21 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 944 nəfər müalicə olunaraq sağalıb, hazırda 153 aktiv xəstə var. Bu günə qədər 10 098 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 980, bu günə qədər isə ümumilikdə 7 503 034 test icra olunub.
 
Gün ərzində koronavirus əleyhinə 275 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 64, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 143, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 54, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 14 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 945 002, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 403 007, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 877 798, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 398 810, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 387 nəfər təşkil edir.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->