Ölkə 16:37 30.06.2022

Son sutkanın yoluxma statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 273 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 368 nəfər müalicə olunaraq sağalıb, hazırda 188 aktiv xəstə var. Bu günə qədər 9 717 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 057, bu günə qədər isə ümumilikdə 6 964 085 test icra olunub.

Ötən sutkada koronavirus əleyhinə 2131 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 538, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 305, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1108, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 180 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 766 538, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 354 566, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 853 792, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 308 903, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 249 277 nəfər təşkil edir.