Sağlamlıq 16:42 01.09.2022

Son sutkanın yoluxma statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 561 yeni yoluxma faktı qeydə alınıb, 595 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 813 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 800 722 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 471 aktiv xəstə var. Bu günə qədər 9 805 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 071, bu günə qədər isə ümumilikdə 7 159 317 test icra olunub.
 
Bu gün 1290 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci doza vaksinlərin sayı 235, ikinci doza vaksinlərin sayı 184 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 734-dür. Pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı 137 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 861 686 olub.