Xəbər lenti

Son üç ayda  Azərbaycanda körpələrə ən çox  bu adlar qoyulub
Ölkə19:42 27.03.2018

Son üç ayda Azərbaycanda körpələrə ən çox bu adlar qoyulub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu ilin 3 ayı ərzində Azərbaycanda körpələrə ən çox hansı adların verildiyi məlum olub.
"Report” Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, xəbər verir ki, bu ilin ötən dövrü ərzində doğulan körpələrə daha çox Yusif (356) və Zəhra (364) adları qoyulub.
2018-ci ilin ötən dövrü ərzində 264 körpəyə Nuray, 251 körpəyə Hüseyn, 250 körpəyə Əli, 236 körpəyə Məryəm, 227 körpəyə Aylin, 226 körpəyə Zeynəb, 222 körpəyə Ömər, 212 körpəyə Uğur, 208 körpəyə Fatimə adı verilib.
Doğulan körpələrə verilən adlar arasında Mələk (193), Məhəmməd (189), Murad (183), İnci (174), Ayxan (168), Ayan (157), Dəniz (152), Leyla (131), Tunar (129), Mədinə (117), Xədicə (115), Damla (112), Banu (110), Nilay (105), Rəsul (104), Ümid (103), Həsən (103), İbrahim (102), Fidan (102), Kənan (101) adları da üstünlük təşkil edib.