Xəbər lenti

“Son zəng”in vaxtı açıqlandı
Ölkə07:22 17.04.2015

“Son zəng”in vaxtı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Təhsil Nazirliyi Bakının bəzi məktəblərində, xüsusilə şəhərin mərkəzi hissəsində yerləşən məktəblərdə tədrisin mayın 31-dən daha tez başa çatacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. 

Qaynar.info-nun məlumatına görə, nazirlik Trend-in sorğusuna cavab olaraq, bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatır.

Lakin 2015-ci ildə may ayının 31-i bazar gününə təsadüf etdiyindən cari tədris ilində 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində dərslər mayın 29-u, 6 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə mayın 30-u başa çatacaq.

"Son zəng” tədbirləri də müvafiq olaraq mayın 29-u və 30-u bilavasitə ümumtəhsil məktəblərində təşkil ediləcəkdir.

Qaynar.info