Xəbər lenti

Sonuncu şahid öldü
Ölkə06:29 26.07.2013

Sonuncu şahid öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Quba soyqırımının sonuncu şahidi, 113 yaşlı Saat Əhmədova qəfildən vəfat edib

Quba rayonunun Digəh kəndinin ən qocaman sakini, 1900-cu il təvəllüdlü Saat Əhmədova dünən axşam saat 22 radələrində dünyasını dəyişib.

ANS PRESS-in Şimal bölgə müxbirinin verdiyi xəbərə görə, bu barədə məlumatı mərhumənin oğlu Murtuz Əhmədov verib.

M.Əhmədovun sözlərinə görə, 113 yaşlı Saat nənənin sağlamlığında heç bir problemi yox idi: “Heç kimin köməyi olmadan yeyir, içir və gəzirdi. Axşam saat 22 radələrində hava almaq üçün eyvana çıxıb, ancaq qəflətən sağ tərəfini tutaraq yerə yıxılıb və rəhmətə gedib”.

Artıq Quba Rayon İcra Hakimiyyətindən mərhumənin dəfn olunması və yas mərasiminin keçirilməsi üçün dəstək verəcəklərini bildiriblər.

Qeyd edək ki, Saat Əhmədova 1918-ci ildə ermənilər tərəfindən Qubada törədilən soyqırımını gözləri ilə görmüş sonuncu şahiddir. ANS TV bu ilin mart ayının 31-də onunla sonuncu dəfə görüşərək, Quba soyqırımı ilə bağlı müsahibə götürüb.


Qaynar.info