Xəbər lenti

Sosial evləri "satan"lara hökm oxundu: məhkəmədə qandallandı
Ölkə12:27 29.03.2019

Sosial evləri "satan"lara hökm oxundu: məhkəmədə qandallandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sosial ev satmaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən Fərid Cəfərxanlı və Könül Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə K. Kərimova 7 il 6 ay, F. Cəfərxanlı isə 6 il müddətinə azadlıqdan məhrum edilib.
 Barəsində polis nəzarəti qətimkan tədbiri olan F.Cəfərxanlı məhkəmə zalından həbs edilib
Qeyd edək ki, hər iki şəxs vətəndaşların etibarından sui-istifadə edərək onların ümumilikdə 85 min 785 manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.
F.Cəfərxanlı və K.Kərimova Bakıda yaşayan 5 şəxsə sosial evlər satacağını vəd ediblər, lakin sonradan onlar vədinə əməl etməyiblər.
Daha sonra F.Cəfərxanlı ilə K.Kərimova zərərçəkmişlərin hüquq-mühafizə orqanları əməkdaşlarına şikayəti əsasında saxlanılıb. İstintaq dövründə onlar dəymiş zərərdən 37 min 758 manat pulu geri qaytarıblar.