"Güzəştli mənzil" sisteminin fəaliyyəti təkmilləşdirilib, yaxın vaxtlarda sosial mənzillər yenidən satışa çıxarılacaq.
Xezerxeber.az-ın məlumatına görə, Mənzil İnşaatı Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi aidiyyati qurumlar ilə birgə yaranmış nasazıqları tam olaraq aradan qaldırıb. Sistemin dayanıqlı, etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində fəaliyyətini təmin etmək üçün məsələyə nüfuzlu beynəlxalq audit şirkəti də cəlb olunub.
Mənzil İnşaatı Dövlət Agentliyinin beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdiri Fərman Qurbanlının sözlərinə görə, yaxın vaxtlarda mənzillərin satışı ilə bağlı elan veriləcək.
Bildirişlər hər bir vətəndaşa həm SMS vasitəsi ilə, həm də elektron kabinetə göndəriləcək.
Xatırladaq ki, bir müddət əvvəl "Güzəştli mənzil" əldə etmək istəyənlər mənzil seçimi mərhələsində müəyyən çətinliklər ilə üzləşmişdi. Sonda bütün problemlər nəzərə alınaraq, nəticələr ləğv edilmişdi.