Xəbər lenti

Sosial şəbəkələrdə 500-700 manata donorluq təklifləri - Hansı fəsadlar ola bilər?
Ölkə10:10 28.05.2025

Sosial şəbəkələrdə 500-700 manata donorluq təklifləri - Hansı fəsadlar ola bilər?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Follikul donoru olaraq 500-700 manat əldə eldə edə bilərsiniz".
Qaynarinfo Xəzər TV-yə istinadən məlumat verir ki, sosial şəbəkələrdə yüzlərlə bu cür elana rast gəlmək olar. "Instagram" və "TikTok" platformasında "Follikul donorluğu" adlı onlarla səhifə mövcuddur.
İddialara görə, 500-700 manat müqabilində qadınlardan toplanan follikullar yüksək məbləğ qarşılığında övladı olmayan şəxslərə satılır. Yəni, insanın genetik materialı, sözün əsl mənasında, bazar malına çevrilir. Hətta bəzi mama-ginekoloqların bu prosesdə vasitəçi və ya bilavasitə iştirakçı olması iddiaları da var.
Həkim-genetik Zakir Bayramov bildirib ki, tibbi etikaya və insan hüquqlarına zidd olan bu halların nəzarətsiz qalması gələcəkdə daha böyük fəsadlara yol aça bilər.
Ətraflı süjetdə: