Xəbər lenti

Sosial şəbəkələrdə gündəm olan məktəblə bağlı nazirlikdən biganə münasibət
Ölkə08:19 05.01.2017

Sosial şəbəkələrdə gündəm olan məktəblə bağlı nazirlikdən biganə münasibət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təhsilə ayrılan milyonlarla vəsaitə baxmayaraq, bu gün Azərbaycan təhsilinin keyfiyyəti getdikcə aşağı düşür. Bu rəsmi statistikada da özünü göstərir. 

Orta məktəblərdə təhsilin aşağı olmasını bir sıra səbəblərlə izah edirlər. Ancaq elmi texniki bazanın zəifliyi, qayğısızlıq ildən-ilə natamam orta təhsilli uşaqların sayını artır.

Məlumat üçün qeyd edək ki, "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində göstərilir ki, həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 10,4 faiz təşkil edəcək. Bu da 2016-cı illə müqayisədə 0,5 faiz çoxdur.

Lakin bu gün rayonlarımızda və kəndlərimizdə çətin və təhlükəli şəraitdə təhsil alan şagirdlər var. Aşağıda gördüyünüz foto Quba rayonunun Rük kəndində çəkilib. 

Göründüyü kimi məktəb təmirsiz olmaqla yanaşı, həm də təhlükə mənbəyidir. Məktəbdə istilik üçün odun sobasından istifadə edilir. Otağın döşəməsi sınıq-salxaq taxtadan ibarətdir. Burada kiçik bir səhv yanğına səbəb ola bilər.  Məktəbdə şagird sayı az ola bilər. Lakin bu məktəbdə təhsilə və şagirdlərin təhlüksəizliyə biganə yanaşmağa zəmin yaratmır. 

Bir neçə gündür sosial şəbəkələrdə də gündəmə çevrilən, insanlar tərəfindən müzakirə edilən bu fotoyla bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq.

Məsələ ilə bağlı Qaynarinfo.Az-a açıqlama verən Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov burda heç bir problem görmədiyini deyib: "Bununla bağlı rəy bildirməyi düşünmürəm. Buna nə rəy bildirim? 2017-ci ildən modul tipli məktəblərin inşasına başlanacaq. Kiçik ölçülü məktəblər, modul tipli məktəblərlə əvəz ediləcək. Güman etmək olar ki, həmin məktəbin vəziyyəti öyrənilərək, modul tipli məktəblə əvəz edilə bilər. Amma mütəxəssislər bunu dəyərləndirib rəy verməlidir".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az