Xəbər lenti

Sosial təminat müəssisələrində çalışanların maaşı artırıldı
Ölkə14:48 01.03.2018

Sosial təminat müəssisələrində çalışanların maaşı artırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev martın 1-də "Sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" sərəncam imzalayıb. 
Qaynarinfo məlumatına görə, sərəncama əsasən dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.