Xəbər lenti

Sosiskadan narkotik çıxdı - FOTO
Ölkə17:47 08.11.2013

Sosiskadan narkotik çıxdı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Penitensiar Xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən ans press-ə verilən məlumata görə, bu gün həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1981-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1; 67.1; 29,186.2.1; 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 181.3.1; 228.2.1 maddələri ilə təqsirli bilinərək 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Qahir Mirəli oğlu Zəkiyevə vətəndaş Məmməd Zakir oğlu Həsənovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı sellofan paketdə olan "közləmə sevimli dad" sözləri yazılmış 6 ədəd sosiskanın və "sevimli dad kəllə qənd" sözləri yazılmış qənd kisəsinin içərisində gizlədilmiş ümumi xalis çəkisi 4,4 qram olan narkotik vasitə "heroin" aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qaynar.info