Xəbər lenti

“Sovetski”də aksiyaya başlandı: Həbs edilənlər var - CANLI YAYIM-YENİLƏNİB
Ölkə13:09 03.03.2014

“Sovetski”də aksiyaya başlandı: Həbs edilənlər var - CANLI YAYIM-YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Musavat.com-un əməkdaşının verdiyi son məlumata görə, hazırda 173 saylı məktəbin qarşısına çoxlu sayda "Sovetski" sakini toplaşıb. 

Həmin əraziyə 100 nəfərə yaxın polis əməkdaşı cəlb olunub. Nəriman Nərimanovun heykəli istiqamətindən 173 saylı məktəbə doğru gedən yol bağlanıb.

Polisin aksiyanın qarşısını almağa çalışdığı bildirilir. 

Məlumata görə, aksiyada fəallıq göstərən 4-5 nəfər "Sovetski" sakini polis tərəfindən saxlanılıb. 

***

Son məlumata görə, "Sovetski" sakinlərinin aksiyasının qarşısı alınıb. Həbs olunanlar buraxılıb.