Xəbər lenti

“Sovetski”də güclü yanğın - Video
Ölkə09:05 27.06.2016

“Sovetski”də güclü yanğın - Video

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadaları da göndərilib.

***

60 kv.m-lik sahədə, təkər sexində qeydə alınan yanğın ərazidəki köhnə taxtalara və təkərlərə od düşməsi səbəbindən baş verib.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb

****

Bakının "Sovetski" adlanan ərazisində yanğın baş verib.

Hadisə şahidlərinin AzVision.az-a verdikləri məlumata görə, qara tüstü ərazini bürüyüb. 

Bildirilir ki, yanğın sexlərdən birində qeydə alıb. Yanğının aradan qaldırılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 5 yanğınsöndürmə maşını cəlb olunub. 

Hazırda yanğının qarşısını almaq üçün müvafiq işlər görülür.

Qaynarinfo.az