Xəbər lenti

Soyqırım günü bu küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq
Ölkə 11:08 25.02.2025

Soyqırım günü bu küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsinin sürücülərə müraciətində deyilir.

Qeyd olunub ki, hərəkətin məhdudlaşdırılması faciə qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.

Fevralın 26-da səhər saat 08:00-dan mərasim qurtaranadək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək.

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->