
Payızın gəlişi ilə yayın qızmar dövründə xəyalını qurduğumuz yeməklər yadınıza düşür. Azərbaycan və dünya mətbəxi belə havada həm sizi isidəcək, həm də zövq verəcək yeməklərlə zəngindir.
"Qaynarinfo" sizə payızda yeməkdən zövq alacağınız xörəklərin siyahısını təqdim edir:
1. Yarpaq xəngəli

Yağışı görən kimi sosial şəbəkələri xəngəlin iyi bürüyür. Biz də siyahıya xəngəllə başlamağı daya uyğun bildik. Hələ içməyi sevənlər üçün əvəz olunmaz milli yeməklərimizdən biridir.
Gürcü xəngəli

"Mən keçən dəfə 15 dənəsini yedim" deyərək, yeməyə başladığınız gürcü mətbəxini bizə sevdirən bu təamı dadmaq üçün şəhərdə nə qədər istəsəniz restoran tapa bilərsiniz.
Qaşxəngəli

Daha xəngəldən danışırıqsa, Qaşxəngəlini dadmamış payızı başa vurmaq olmaz. Nazik geyinib titrədiyiniz vaxtlardA canınızdan soyuğu çıxarmaq üçün bu təam çox yaxşı gələcək.
2. Piti

Şəki mətbəxinin göz bəbəyi olsa da, Azərbaycanda pitini sevməyən çox az adam var. Həsrətli günlər artıq geridə qaldı. Elə piti yemək bəhanəsi ilə şəhərin küləkli havasını burda qoyub, Şəkiyə də baş çəkmək olar.
3. Düşbərə

"O ki, bir qaşığa 10 dənə düşbərə sığışmadı, mən onu yaxşı hesab etmirəm" desəniz də, gördüyünüz an hər şeyi unudub, soyuqdəyməni canınzdan çıxaran sevimli düşbərə...
Dadlı yeməklərlə yanaşı, vitaminli yeməklərdən də bir az xatırladaq ki, immunitetinizi qoruya biləsiniz.
4. Balqabaq şorbası

Payız fəsli müxtəlif növ meyvə-tərəvəzlərlə zəngindir. Və soyuq, yağışlı payız havasında onlardan istifadə etməyin əsl vaxtıdır. Bişmiş balqabaq qızdırma və öskürəkdə effektli təsirə malikdir. Balqabaq mürəbbəsi isə beyin fəaliyyətini qüvvətləndirir.
5. Borş

Ukraniya mətbəxindən Azərbaycan mətbəxinə sürətli giriş edən və uyğunlaşan soyuq havaların qənimi borş...
6. Əriştə

Tez doymaq istəyənlərin, düzgün seçimi...
7. Xaş

Yanımdan keçsə də, gözəllər, mən onlara baxmıram, çünki mən xaş yeməyə gedirəm.... (Aras Bulba).
8. Lobya şorbası

Türk mətbəxinin dəyərli şorbalarından biri... Yanında da kələm turşusu...
9. Xəşil

Günə bol enerji ilə başlamaq istəyirsinizsə, o zaman səhər xəşil yeyin.
10. Sürhülü

Azərbaycan mətbəxinin şah əsərlərindən biri daha. Qax zonasına məxsus olsa da, soyuqlar düşəndə hər kəsin arzuladığı bir yemək daha.
İndi bu yeməklərdən birini seçib, dostlarınızla birgə yeməyə hazırlaşırsınızsa, bir də bu süfrəyə nəzər salın:

Lalə Niftaliyeva
Qaynarinfo.Az