
Bu gün “Space” telekanalının rəhbəri Vaqif Mustafayev iclas keçirib.
Telekanaldakı mənbələrdən Qaynar.info-ya verilən məlumata görə, V.Mustafayevin iclas keçirməsinə səbəb televiziya ilə bağlı məlumatların mətbuata sızdırılması olub.
Mustafayev mətbuatda yazılanlara görə bərk qəzəblənib. Buna görə də o, işçilərinə telekanaladan çıxan işçilərlə əlaqə saxlamağa qadağa qoyub.
Televiziya rəhbəri hətta bir az da irəli gedərək “Space”dəki istefalarla bağlı yazan internet portallarına da girişi yasaqlayıb.