
"O vaxt "modda" Kəmalə deyil, Vüsalə idi”
“Space”də baş verən qalmaqal böyüyür. Kanal rəhbəri Vaqif Mustafayev və kanalın sabiq aparıcı İdris Cəfərovun arasında baş verən davaya bu dəfə müğənni Nura Suri qoşuldu.
AzNews.az xəbər verir ki, Nura Suru özünün facebook səhifəsində “Space”de baş verənlərə münasibət bildirərkən maraqlı faktlar qeyd edib. Müğənni bildirib ki, vaxtilə kanalda baş verən özbaşınalıqlardan əziyyət çəkənlərdən biri də o olub: “Mən bu haqda yazanda İdris mənimlə “razborka” edirdi. Amma o vaxt "modda" Kəmalə deyil, Vüsalə idi”.
AzNews.az-ın məlumatına görə, Nura Surinin adını çəkdiyi Vüsalə “Kristal” qrupunun üzvüdür. Və vaxtilə “Space”də müğənnilərin efirə dəvət edilməsi məsələləri Vüsaləyə etibar edilibmiş.
Qaynar.info