"Space” TV-nin işçiləri uzun müddətdir maaş almır.
Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Famil Fərhadoğlu sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, telekanal işçiləri sonuncu dəfə iyulun maaşını alıb. İşçilər əmək haqlarını tələb edirlər. Amma əvəzində operatorlardan biri maaşını istədiyinə görə işdən çıxarılıb.
Radio işçilərindən biri - Ramil Nəcəfli isə yazıb ki, maydan maaş verilmir. Rəhbərlik problemi teleşirkətin büdcəsində pulun olmaması ilə əlaqələndirir.