
Space Televiziyasında canlı yayımlanan “Sevimli şou” musiqili prqramında aparıcı Mikayıl Güləddinoğlu qonağına qəzəblənib.
Publika.Az-ın məlumatına görə, aparıcı sponsorlarını reklam edərkən verilişin qonağıı olan Aşıq Əli ondan çaynik hədiyyə istəyib. Bir neçə dəfə təkrarlanan bu söz aparıcının qəzəbinə səbəb olub:
“Bura satış mərkəzi deyil”-deyə, özünü saxlaya bilməyən aparıcı sonda onu susdurmaq məcburiyyətində qalıb.
Verilişin sonuna qədər Aşıq Əlinin eyni açılmayıb.
Qaynar.info