Dünya 10:15 05.12.2022

Spiegel: Şolz Rusiya prezidentinin məqalələrini oxuyur, Putini başa düşməyə çalışır

Almaniya kansleri Olaf Şolz rusiyalı həmkarı Vladimir Putinin haqqında müvafiq ədəbiyyatı, habelə prezidentin məqalələrini oxuyaraq onu başa düşməyə çalışır. 

Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, bu barədə yerli "Spiegel” nəşri yazıb.

Jurnalistlər qeyd edirlər ki, Şolz oxuduğu kitablar əsasında siyasi xətt qurmağa çalışır. Qəzet vurğulayır ki, Almaniya kansleri Putinin kimə qulaq asdığını, Rusiya liderinin nə oxuduğunu və siyasətinə hansı nəzəri konsepsiyanı gətirdiyini anlamaq istəyir.

Məqalədə Kremlin xarici və daxili siyasətinə dair avropalı müəlliflərin bir neçə kitabına, həmçinin Putinin özünün "Ruslar və ukraynalıların tarixi birliyi haqqında” məqaləsinə istinad edilir.