Xəbər lenti

Spiker: "İnsanları narahat edən məsələlər Milli Məclisdə qaldırılmalıdır"
Ölkə19:37 23.12.2021

Spiker: "İnsanları narahat edən məsələlər Milli Məclisdə qaldırılmalıdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İnsanları narahat edən məsələlərin Milli Məclisdə, eləcə də digər dövlət orqanları qarşısında qaldırılması deputatlar qarşısında dayanan ən mühüm vəzifələrdən biridir".
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, parlamentin əsas funksiyalarından biri təmsilçiliklə bağlıdır: "Milli Məclisə seçilmiş deputatlar öz seçicilərinin maraqlarını təmsil və müdafiə etməlidirlər. Deputatlar seçildikləri dairələrdə fəal iş aparmalı, seçicilərlə daim təmasda olmalıdırlar. Bununla yanaşı, ictimai təşəbbüslər və çağırışlar qanun yaratma prosesində nəzərə alınmalıdır. Düşünürəm ki, ötən dövrdə Milli Məclisin deputatlarının bu istiqamətdə də fəaliyyəti müsbət qiymətə layiqdir".