Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyun ayı üzrə analiz işini yekunlaşdırıb.
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Media Təqib Mərkəzinin deputatlarla bağlı iyun ayı üzrə məlumatları təqdim edirik.
2016-cı ilin iyun ayında elektron mətbuatda, yəni sayt və portallarda deputatlarla əlaqəli 21872 xəbər yerləşdirilib. Bunlardan 657 xəbər mənfi, 79 xəbər müsbət və 21136 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Zahid Oruc (296 xəbər – parlamentdə spikerin deputatı təhqir etməsi, töhmət alması), Malik Həsənov (61 xəbər – deputatın İlham Əliyevə qarşı olması iddiaları), Nəriman Əliyev (45 xəbər – dövləti aldatması iddiaları, saxta diplom qalmaqalı və s).
Müsbət xəbərlər isə Mixail Zabelin (70 xəbər – RF prezidenti deputatı “Dostluq” ordeni ilə təltif etməsi), Qənirə Paşayeva (8 xəbər – deputata Türkiyədə mükafat verilməsi) və Azay Quliyevə (1 xəbər – deputatın “Fədai” medalı ilə təltif olunması) məxsusdur.
Xəbər sayına görə sıralama:
1. Mehriban Əliyeva - 2519 xəbər
2. Zahid Oruc - 1314 xəbər
3. Rövnəq Abdullayev - 1158 xəbər
4. Oqtay Əsədov - 1102 xəbər
5. Qənirə Paşayeva - 1019 xəbər
6. Vasif Talıbov - 660 xəbər
7. Siyavuş Novruzov - 658 xəbər
8. Cavid Qurbanov - 655 xəbər
9. Vahid Əhmədov - 612 xəbər
10. İsa Həbibbəyli - 540 xəbər
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 2886 xəbər dərc edilib. Bu xəbərlərdən 2844-ü neytral, 7-si müsbət, 35-i isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Zahid Oruc (16 xəbər – parlamentdə spikerin deputatı təhqir etməsi, töhmət alması), Mirkazım Kazımov (14 xəbər – “Azadlıq” qəzetinə borcunu ödəməməsi). Müsbət xəbərlər isə Mixail Zabelinə (7 xəbər – RF prezidenti deputatı “Dostluq” ordeni ilə təltif etməsi) məxsusdur.
Xəbər sayına görə sıralama:
1. Mehriban Əliyeva - 264 xəbər
2. Zahid Oruc - 133 xəbər
3. Rövnəq Abdullayev - 117 xəbər
4. Siyavuş Novruzov - 116 xəbər
5. Əflatun Amaşov - 95 xəbər
6. İsa Həbibbəyli - 95 xəbər
7. Oqtay Əsədov - 92 xəbər
8. Vasif Talıbov - 80 xəbər
9. Qənirə Paşayeva - 76 xəbər
10. Əli Hüseynli - 70 xəbər
İyun ayında televiziya kanallarında deputatlar haqqında 1662 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
1. Mehriban Əliyeva - 204 xəbər
2. Rövnəq Abdullayev - 96 xəbər
3. Elman Nəsirov - 95 xəbər
4. Oqtay Əsədov - 94 xəbər
5. İsa Həbibbəyli - 84 xəbər
6. Cavid Qurbanov - 59 xəbər
7. Fuad Muradov - 54 xəbər
8. Çingiz Qənizadə - 50 xəbər
9. Siyavuş Novruzov - 48 xəbər
10. Qənirə Paşayeva - 44 xəbər
Radio kanallarında iyun ayında bu sektorla əlaqəli 51 xəbər verilib.
Xəbər sayına görə sıralama:
1. Mehriban Əliyeva - 27 xəbər
2. Cavid Qurbanov - 4 xəbər
3. Zahid Oruc - 3 xəbər
4. Ziyafət Əsgərov - 3 xəbər
5. Musa Qasımlı - 3 xəbər
6. Oqtay Əsədov - 3 xəbər
7. Fuad Muradov - 2 xəbər
8. Qənirə Paşayeva - 2 xəbər
9. Rövnəq Abdullayev - 2 xəbər
10. Eldar Quliyev - 1 xəbər
11. Vahid Əhmədov - 1 xəbər
Qaynarinfo.az