Xəbər lenti

Spirtli içkilərin aksiz dərəcələri yenidən artırıla bilər
Ölkə11:23 06.11.2025

Spirtli içkilərin aksiz dərəcələri yenidən artırıla bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda spirtli içkilərin aksiz dərəcələri cüzi artırıla bilər.
Qaynarinfo xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi planlaşdırılır.
Təklif olunan dəyişikliyə əsasən, içməli spirtin, arağın (vodka), tündləşdirilmiş içkilərin və tündləşdirilmiş içki materiallarının, likyor və likyor məmulatlarının, eləcə də konyak və konyak materiallarının hər litrinə görə aksiz dərəcələrinin 4,8 manatdan 5 manata çatdırılması nəzərdə tutulur.
Qafqaz Rafiqoğlu