Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyev və "Yasamal” idman-sağlamlıq klubunun sabiq direktoru Alik Həsənovun cinayət işi bağlı növbəti məhkəmə prosesinin vaxtı bəlli olub.
Qaynarinfo xəbər verir ki, növbəti proses sentyabrın 4-də baş tuttacaq.
Məlumat üçün deyək ki, məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə aparılır.
Nadir Əliyevlə Alik Həsənov Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə təqsirləndirilir.
İttiham aktına görə Nadir Əliyevlə Alik Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) balansında olan stadionları satmaq adı ilə ayrı-ayrı sahibkarların külli miqdarda pulunu mənimsəyib.
Bu işdə AHİK-in sədri, deputat Səttar Möhbalıyevin də adı hallanır. Ötən proseslərdə zərəçəkənlər onun da məhkəməyə çağırılmasınıtələb edib.
Seyid