Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyev və "Yasamal” idman-sağlamlıq klubunun sabiq direktoru Alik Həsənovun növbəti məhkəmə prosesinin vaxtı müəyyənləşib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, növbəti proses iyulun 26-ı saat 16.30-da baş tutacaq.
Bu prosesdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevlə bağlı vəsatətin taleyi məlum olacaq.
Məlumat üçün bildirək ki, iş üzrə təqsirləndirilən, eyni zamanda zərərçəkən şəxslər Səttar Möhbalıyevin də məhkəməyə çağırılmasını istəyir. Bununla bağlı zərərçəkənlərdən birinin vəkili Aslan İsmayılov vəsatət qaldırıb. Lakin hələ ki, vəsatətə münasibət bildirilməyib.
Səttar Möhbalıyevin məhkəməyə çağırılmasının zərurətə çevrilməsi təqsirləndirilən şəxslərin onu ittiham etmələri ilə bağlıdır.
Nadir Əliyev və Alik Həsənov zərərçəkənlərdən alınan pulun deputata çatdığını iddia ediblər.
Seyid