Xəbər lenti

Stadnik son 3 saniyədə qızılı əldən verdi, Ratkeviçə 4 saniyə çatmadı
Ölkə06:25 18.08.2016

Stadnik son 3 saniyədə qızılı əldən verdi, Ratkeviçə 4 saniyə çatmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qadın güləşçilərimizdən əsas medal ümidlərimiz Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (58 kq) xalça üzərinə çıxıblar.

Sport7.az xəbər verir ki, mübarizəyə 1/8 final mərhələsindən başlayan Mariyanın ilk rəqibi Patrisia Bermudes olub. Pekin Olimpiadasında bürünc, London Olimpiadasında gümüş medal qazanan Stadnik argentinalıya heç bir şans verməyib. İlk hissədə rəqibindən 10 xal alan təmsilçimiz döyüşü vaxtından əvvəl xeyrinə bitirib. O, 1/4 finalda Nina Matkovska (Polşa) ilə üz-üzə gələcək. 

Stadnik 1/4 finalda Nina Matkovska (Polşa) ilə üz-üzə gəlib. Mariya iki il əvvəl dünya çempionatının yarımfinalında məğlub olduğu rəqibindən qisasını alıb. 10:0 hesabı ilə qələbə qazanan güləşçimiz görüşü vaxtından əvvəl başa vurub və yarımfinala yüksəlib.

Finala gedən yolda təmsilçimiz bolqarıstanlı Elitsa Atanasova Yankova ilə qarşılaşacaq. 

Stadnik Yankovanı 6:0 hesabıyla vaxtın əvvəl məğlub etdi.

Finalda yaponiyalı Erik Tosakoyla qarşılaşan çempionumuz rəqibini son 3 saniyədə 2:1 hesabıyla məğlub etsə də son saniyələrdə qızıl medalı əldən verib. Bu, onun ardıcıl 3-cü Olimpiya medalıdı. 2008-də bürünc qazanan Stadnk 4 il sonra da gümüş medal qazanmışdı.

Yuliya Ratkeviç də mübarizəyə 1/8 final mərhələsindən start verib. Onun ilk rəqibi ukraynalı Oksana Herhel olub. Ratkeviç 3:0 öndə olduğu qarşılaşmada azarkeşləri xeyli həyacanlandırıb və sonda 7:5 hesabıyla qələbə qazanıb. 1/4 finalda onun rəqibi kolumbiyalı güləşçi olacaq.

İdmançımız 1/4 finalda kolumbiyalı Jaklin Penteria ilə qüvvəsini sınayıb. Bu qarşılaşmaya da fəal başlayan təmsilçimiz hesabı 7:0-a çatıdırb. Sona yaxın rəqibin fəallaşması isə hesaba təsir etsə də, nəticəyə təsir etməyib - 7:3.

Ratkeviç yarımfinalda yaponiyalı rəqibinə uduzdu. İndi o, bürünc medal uğrunda güləşəcək. 

Bürünc uğrunda görüşdə tunisli rəqibinə məğıub olan Yuliya Azərbaycana bürünc medal qazandırmaq şansını son 4 saniyədə qaçırdı.

Qaynarinfo.Az