
Bakı şəhər Prokurorluğu “VİP DENTAL” özəl stomatoloji klinikada baş vermiş hadisə ilə bağlı rəsmi məlumat yayıb.
Prokurorluqdan verilən məlumata görə, dekabrın 5-də saat 12 radələrində paytaxtın Nəsimi rayonu ərazisində fəaliyyət göstərən “VİP DENTAL” özəl stomatoloji klinikada Məmmədov Elçin Seyfulla oğlunun üzərində keçirilən cərrahiyyə əməliyyatı zamanı ölməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında məhkəmə-tibbi ekspertin iştirakı ilə zəruri kriminalistik vasitələrdən istifadə edilməklə hadisə yerinə baxış keçirilıb, Elçin Məmmədovun meyiti xarici müayinə olunub.
Verilən məlumat da o da qeyd olunur kİ, faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb: “Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, klinikada həkim-stomatoloq kimi fəaliyyət göstərən Hüseynov Baxış Hüseyn oğlu qeyd edilən tarixdə ona müraciət edən E. Məmmədovun çənə nahiyəsində cərrahiyyə əməliyyatı apararkən sonuncunun səhhəti qəflətən pisləşib və həyatının xilas edilməsi üçün tibbi yardım göstərilməsinə baxmayaraq vəfat edib. E. Məmmədovun ölümünün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə zəruri ekspertizalar təyin edilib, eyni zamanda klinikanın fəaliyyətinin yoxlanılması ilə əlaqədar Səhiyyə Nazirliyinə müraciət edilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Qaynar.info