Finlandiya prezidenti Aleksander Stubb keçirdiyi mətbuat konfransında etiraf edib ki, Niderlandın səlahiyyət müddəti başa çatan baş naziri Mark Rütte NATO-nun növbəti baş katibi ola bilər.
Qaynarinfo xəbər verir ki, Finlandiya prezidentinin sözlərindən "Reuters” agentliyi sitat
gətirir.
Alyansın hazırkı baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti oktyabrda başa çatır. Fevral ayında alyansın baş katibi postuna Mark Rüttenin namizədliyi Almaniya, ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənib. "Reuters” mənbələrinin məlumatına görə, Fransa bu təyinatı dəstəkləyib. NOS mənbələri Türkiyənin də bu təyinatı dəstəklədiyini bildirib.
"Politico”nun məlumatına görə, NATO ölkələrinin üçdə ikisi Mark Rüttenin baş katib təyin olunmasını dəstəkləyir. Eyni zamanda "Bloomberg” mənbələri Mark Rüttenin onu baş katib kimi görmək istəməyən bəzi Şərqi Avropa ölkələrinin təzyiqləri ilə üzləşdiyini bildirib.
Nizami Bağırov
Şərhlər