Xəbər lenti

Su borusu partladı, kəndi su basdı
Ölkə15:52 01.04.2019

Su borusu partladı, kəndi su basdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qusar rayonunda Cağar-Cibir su borusu partlayıb.
Qaynarinfo xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib. Kanalın Çiləgir kəndi ərazisindən keçən hissəsində borunun partlaması nəticəsində Çiləgir kəndini su basıb. Kanala suyun verilişi dayandırılıb və təmir işlərinin aparılması üçün hazırlıq prosesinə başlanılıb.
Qusar suvarma sistemləri idarəsindən  verilən məlumata görə, qısa müddətdə təmir işlərinə başlanılacaq.
Qusar rayon İcra Hakimiyyətindən  bildirilib ki, suyun kəndə axması nəticəsində kənd sakinlərinə ziyan dəyməyib.(Ona.az)