Xəbər lenti

Sübhan Bəkirov
Ölkə 20:09 25.08.2022

Sübhan Bəkirov "Dəniz kuboku" müsabiqəsinin qaliblərini təbrik etdi

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov "Dəniz kuboku" müsabiqəsinin qaliblərini təbrik edib.

Qaynarinfo xəbər verir ki, o, on gün davam edən müsabiqənin uğurla başa çatdığını bildirib.

"Müsabiqədə ən böyük qələbəmiz dostluqda, hərbi əməkdaşlıqda yeni zirvələr fəth etməyimiz oldu. Mən müdafiə naziri general-polkovnik Zakir Həsənov və öz adımdan qalibləri, qonaqları, media nümayəndələrini təbrik edirəm. Vurğulamaq istəyirəm ki, iki il öncə 30 il həsrətində qaldığımız tarixi torpaqlarımızı da geri qaytardıq. Arzu edirəm ki, dünyada hər zaman sülh və əmin-amanlıq hökm sürsün. Əminəm ki, biz tək döyüşlərdə deyil, bu cür müsabiqələrdə, yarışlarda da qələbə qazanacağıq", - S.Bəkirov deyib.

Qeyd edək ki, avqustun 25-də Azərbaycanın Xəzər dənizindəki ərazi sularında "Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən "Dəniz kuboku” müsabiqəsinin bağlanış mərasimi baş tutub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->