Xəbər lenti

Süd alarkən ehtiyatlı olun!
Ölkə11:59 22.08.2013

Süd alarkən ehtiyatlı olun!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda yarım tona yaxın saxta süd məhsulları məhv edilib.

İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Həsənov Dəyanət Cəfər oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı saxta süd məhsullarının istehsal edildiyi müəyyən edilib və 426 litr saxta süd məhsulları satışdan çıxarılıb.

Satışdan çıxarılmış 426 litr saxta süd məhsulları mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məhv edilib.

Qaynar.info