Xəbər lenti

Sükan arxasında oyun oynayan avtobus sürücüsü - “Başımı qatırdım...”
Ölkə18:35 31.03.2017

Sükan arxasında oyun oynayan avtobus sürücüsü - “Başımı qatırdım...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avtobus sürücüsü nərd oynaya-oynaya sərnişin daşıyır. 

"Qaynar" XezerXeber.az-a istinadən xəbər verir ki, hadisə ötən gün 160 nömrəli sərnişin avtobusunda yaşanıb.

Araşdırma zamanı məlum olub ki,sərnişinlərin həyatını təhlükəyə atan Elşən Məmmədov adlı sürücüdür.

Elşən Məmmədovdan bunun səbəbini soruşduqda o, bu addımı başını qatmaq üçün atdığını bildirib.

Artıq həmin sürücü və marşurt xəttinin sahibi Bakı Nəqliyyat Agentliyinə dəvət edilib.

Bununla yanaşı sürücünün inzibati qaydada cərimə olunması üçün Dövlət yol polisinə də məlumat verilib.

Qeyd edək ki, sürücü əlində telefon nəqliyyat vasitəsini idarə etdiyi üçün onu 50 manat miqdarında cərimə gözləyir. 

Qaynar.Az