Qarabağdakı aprel döyüşləri zamanı torpaqlarımızın müdafiəsi uğrunda canından keçən vətən övladlarından biri də Şulan Bayramov oldu. Qaynarinfo.az-ın əməkdaşı qəhrəman şəhidizin Sumqayıtdakı evində olaraq ailə üzvləri ilə söhbətləşib. Şəhidin evindən hazırlanmış reportajı təqdim edirik.
Qeyd edək ki, Bayramov Şulan Bayram oğlu 1996-cı ildə doğulub. 2013-cü ildə Sumqayıt şəhərində yerləşən 33 saylı orta ümumtəhsil məktəbini bitirib. Silahlı Qüvvələrimizdə hərbi xidmətini başa vuran gəncin ordudan tərxis olunmasına bir neçə gün qalmış Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.