Xəbər lenti

Sulu qəlyan qadağan olunur
Ölkə09:05 27.04.2017

Sulu qəlyan qadağan olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bununla bağlı qanun layihəsinin 1-ci maddəsində dəyişiklik edilib.

Azərbaycanda tütünün qadağan olunduğu yerlərdə sulu qəlyandan istifadə də qadağan olunur.  İstiPress-in məlumatına görə, bu, Milli Məclisdə ikinci oxunuşda müzakirəyə çıxarılan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində əksini tapıb.

Bu gün MM-də “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” mövzusunda keçirilən dəyirmi masada bildirilib ki, layihənin birinci oxunuşunda tütünün qadağan olunduğu yerlərdə sulu qəlyanın da qadağan olunması barədə səslənən təkliflər nəzərə alınıb və bununla bağlı qanun layihəsinin 1-ci maddəsində dəyişiklik edilib.

Qaynar.Az